Bilbord haqqında hər kəsin bilmədiyi məlumatlar.

Bilbord – panel üzərində olan reklam qurğusu, açıq hava reklamının bir növüdür.

Billboard – məlumatı xatırlatmaq üçün ikincil reklamdır.

Bilbordun məqsədi – şirkətin adını və ya məhsulun markasını, sürucü və piyadaların yadında saxlamaqdır. Bilbordlar bir tərəfli, iki tərəfli və üç tərəfli ola bilər.

Bilbordlar, küçə və yol kənarında, bina fasadlarında və damlarında və sair yerlərdə yerləşdirilə bilər. Bu növ açıq hava reklamı ilə gündəlik qarşılaşırıq.

Bilbord auditoriyasi

Bilbordlar, əsasən hərəkət axınında olanların: sürücü və sərnişinlərin diqqətinə cəlb olunur. 60 km / s sürətlə hərəkət edən bir müşahidəçi üçün bilborda yerləşdirilən reklamın mənasını anlamaq üçün təxminən 6-7 bəs edir, buna görə də, lövhələr reklam mesajının qavranmasına və yadda qalmasına mane olan məlumatlarla çox yüklənməməlidir. Şəkillər yazılardan daha tez qəbul edilir. Onlar daha yaxşı yadda qalır. Sürətin aşağı olduğu yollarda, Billboardları yerləşdirmək daha effektlidir. Avtomobil sürətinin aşağı olduğu, axının sürətinin yavaşlatdığı yerlərdə və ya tıxacların ənənəvi formalaşması yerlərində yerləşdirilən Bilbordlar daha effektli sayılır.

Piyadalar üçün nəzərə alınmış Bilbord lövhələri, daha çox mətnli məlumat verə bilər. Ancaq mətnin həcmi elə olmalıdır ki, piyada onu oxuna bilən məsafədən qurğuya çatana kimi müəyyən hissəni oxuya bilsin. Qeyd etmək lazımdır ki, Bilbordlar yerdən kifayət qədər yüksək hündürlükdə yerləşdirilir.

Bilbordların quraşdırılması üçün bir sıra amillər nəzərə alınmalıdır. Məsələn, digər reklam panellərinin fonunda seçilməsi, sözlərin sayı, şrift və təsvirlər, simvollar və rənglər. Hərflərin və sözlərin arasındakı məsafəni, sözlərin hündürlüyünün mətnin ölçüsünə uyğunluğunu, tamaşaçıların hərəkət istiqamətinə quraşdırılma bucağını nəzərə alırlar.