Açıq hava reklamında dinamika

Dəyişən ekranın konsepsiyası

Scroller, reklam şəkillərinin bir şaftdan digərinə keçən, güclü daxili işıqlandırması olan reklam və informasiya qurğusudur.

Şəkillər, şaftı hərəkətə gətirən iki elektrik mühərrikin hesabına, avtomatik dəyişir. Hər bir şəkil müəyyən olumuş vaxtla dəyişir.

Marketinq tədqiqatları göstərir ki, roller ekranında yerləşdirilən reklam, qavrayış və yaddaqalanlıq səviyyəsinə görə, statik reklamdan 1,5-2,5 dəfə daha effektlidir.

Qurğunun xüsusiyyətləri.

Roller displeyləri yüksək keyfiyyətli alüminium profildən hazırlanır.