SEO nədir?

Bir vebsaytı axtarış sistemlərində, axtarış zamanı ön sıralarda çıxması üçün göstərilən xidmətə SEO (Axtarış sistemlərinə optimizasiya) deyilir. Yaxşı tərtib edilmiş axtarış sistemi optimizasiyası ilə saytınız, biləvasitə xidmət və məhsullarınız oxşar xidmət axtaran şəxslərə daha çox görünüb, əlçatan olur. SEO vebsayta istifadəçi cəlb etməyin ən effektiv üsuludur. Axtarış sisteminə optimizasiya ilə siz məhsuldar rəqəmsal marketinq kampaniyası etmiş olursunuz. Bu zaman strategiyanı düzgün qurmaq ən önəmli məqamdır. Hədəf, tez bir zamanda qısamüddətli olaraq ön sıraya çıxmaq yox, qalıcı olaraq ön sırada liderliyi saxlamaqdır.

 

Niyə SEO?

İstifadəçi, xidmət və ya məhsul haqqında axtarış etdiyi zaman onu əldə etmək istəyi yüksəkdir. Bu səbəbdən axtarış zamanı nəticə səhifələrində orqanik olaraq ön sıralarda yer almaq, markanızın vebsayt girişlərini və satışlarınızı artırır.

Axtarış sistemlərində (Google, Yandex, Bing və s.) alış-veriş üçün axtarış zamanı müştəri adətən ilk səhifədə çıxan nəticələr arasından seçim edir. Bu nəticələr həmin şirkətin SEO xidmətindən uğurlu istifadə etdiyinin göstəricisidir.

SEO xidməti ilə siz aşağıdakı üstünlükləri əldə etmiş olursunuz:

- Xərclərinizi minimallaşdırır

Klik başına düşən dəyər ödənişsiz olduğundan rəqəmsal reklam xərclərini minimallaşdırmış olursunuz.

- Satışlarınızı artırır

 Axtarış zamanı ön sırada çıxmağınız sizin vebsayt girişlərini daha çox artıraraq, ziyarətçinizi müştəriyə çevirir.

- Daha çox marka tanınması

Araşdırmalar göstərir ki, axtarış zamanı ön sırada yer almaq marka tanınmasına əvəzsiz dəstək verir.

- Vebsaytınızı daha məhsuldar edir

SEO xidməti nəticəsində vebsaytınız həm məzmun, həm də funksionallıq baxımından ziyarətçi üçün daha rahat istifadəni təmin edəcəkdir.