About us

Sizin üçün ən yaxşı həll yolu tapmağa çalışırıq

RMM Qrup” MMC 2007 ci ildən reklam sahəsində fəaliyyət göstərir və küçə reklamı üzrə mütəxəssilərdən sayılır. Bu dövr ərzində xeyli müştəri bazası əldə eləmiş qabaqcıl şirkətlərdən biridir. Xüsusi özəlliyimiz Bakı şəhəri ərazisində şəxsi reklam qurğularına malik olmağımızdır. Stasionar qurğularından əlavə hərəkətli scrollerlər, prizmalar və son texnologiyaya malik Led monitorlar tərəfimizdən şəhərin müxtəlif yerlərində, mərkəz və kənar küçə - prospektlərində yerləşdirilib. Nəzərinizə çatdırmaq istərdik ki, Bakı şəhərinin bütün rayonlarında quraşdırılımış kiosk və dayanacaqların istismarı və reklam lövhələrinin də satış hüququ şirkətimizə həvalə edilib. Həmçinin 2 ədəd yeraltı parklama dayanacağı (Qış parkı və Azadlıq meydanı) və “İçəri şəhər” metrostansiyası yaxınlığında yeraltı keçiddə reklam yayımı da “RMM Qrup” MMC - ə məxsusdur. Bu cür geniş imkanların olması bizi müştərilər qarşısında "başı uca" edir. Əks tərəf üçün isə seçim imkanlarını genişləndirir. Qiymətlərin münasib olması, mükəmməl servis və yüksək keyfiyyətli müxtəlif növ çap xidmətləri bizi öndə edən başlıca amillərdir.