Power of Social Media Marketinq

Sosial Media Marketinq

SMM nədir?

Sosial Media Marketinq (SMM), xidmət və məhsulun sosial mediada tanıtımı, kampaniyalar, satış sonrası müştəri dəstəyi və müştəri loyallığı kimi bir çox üstünlükləri özündə cəmləşdirən yeni nəsil marketinq qoludur. Sosial media marketinq son zamanlarda sürətlə inkişaf edən rəqəmsal marketinqin əsas hissələrindən biri olub, marka tanıtımı üçün ən effektiv üsullardan biri hesab olunur. Sosial media müştərilərinizə markanız haqqında müntəzəm məlumatlar ötürməklə yanaşı, habelə sizinlə müştəri arasında birəbir əlaqə metodudur. Belə ki, sosial mediada yaradılan ünsiyyət vasitələri müştərilərin suallarını, irad və təkliflərini birbaşa ünvanlandırmaq, problemlərini daha asan yolla həll etmək kimi bir sıra imkanlar yaradır.

Niyə SMM?

Şirkətlərin sosial media hesabı vasitəsilə müştərilər ilə birbaşa ünsiyyətdə olması onların müştərilərinə dəyər verməsinin, fikirlərini nəzərə almasının göstəricisi olaraq müştəri sadiqliyinin artmasına gətirib çıxarır. Digər tərəfdən, sosial medianın yaratdığı imkanlar ənənəvi marketinqdən fərqli olaraq ölçüləbiləndir. Belə ki, siz kommunikasiya zamanı hansı kütləyə nə qədər büdcə çatdığını ilə çox rahat şəkildə əldə edə bilərsiniz.

Sosial mediada müştərilərin öz aralarında da markanı müzakirə etmələri marka haqqında etibarlılığa və marka tanınmasına əvəzsiz tövhələr verir. 

Daha çox marka tanınması

Araşdırmalara əsasən müştərilər markalar ilə ilk olaraq sosial mediada tanış olur. Markanızın sosial mediada varlığı potensial müştərilərinizin sizi tapmasına mükəmməl fürsət yaradır.

Müştəri loyallığı

Sosial şəbəkədə olan şirkətlər ilə onların müştəriləri arasında daha çox sadiqliyin olduğu barizdir. Bunun başlıca səbəbi müştərinin ehtiyacı olduğu zaman şirkətə bir klik qədər yaxın olmasıdır.

Vebsayt girişləri və potensial müştəri

Sosial media üzərindən etdiyiniz paylaşımlar zamanı vebsayta yönləndirmə çok effektivdir. Bu addım, hədəf müştəri kütləsinə daha dolğun məlumat çatdırmaq üçün ideal imkanlar yaradır. Nəticədə, vebsaytınıza daha çox daxil olan istifadəçilər, zamanla real müştərinizə çeviriləcəkdir. Bu istiqamətdə rəqəmsal marketinq alətlərinin də köməyi əvəzsizdir.

Az büdcə və ölçüləbilən sərfiyyat

Sosial media marketinqi ənənəvi marketinqdən dəfələrlə ucuz və effektivdir. Belə ki, siz reklama ayırdığınız büdcəni özünüz təyin edir, ayırdığınız məbləğə uyğun olaraq nə qədər geri dönüş (müştəri) əldə etdiyinizi və reklamın sizə olan sərfiyyatını ölçə bilirsiniz.